Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcülər də İrandan üz döndərdi – Cənubi Qafqazın qapıları İranın üzünə bağlanır?

Ermənistan və Gürcüstan hökumətləri iranlıların bu ölkələrə girişlərini qadağan ediblər.
 
Ovqat.com sosial şəbəkələrin İran senqmentinə istinadən xəbər verir ki, bu barədə həmin ölkələrə getmək istəyən iranlıların özləri məlumat yayıblar.
 
Bildirilir ki, Gürcüstanda hətta yaşamaq icazəsi, evi və biznesi olan iranlılar da bu ölkəyə buraxılmır. 
 
Bu yaxınlarda ictimai şəbəkələrdə iranlılardan biri yaydığı video da bildirir ki, Almaniya vətəndaşlığı olmasına və iki doza "pfizer" vaksini vurdurmasına rəğmən, o, Gürcüstana buraxılmayıb. Bu vəziyyətdən narahat olanların bir çoxu artıq Türkiyədə yaşamağa üz tutub. 
 
Hazırda həm Ermənistanda, həm də Gürcüstanda yaşamaq icazəsi olan iranlılar və bu ölkələrə yük daşıyan sürücülər yaranmış vəziyyətdən "narahatdırlar". Gürcüstan ötən illərdə dəfələrlə oxşar qərarlar qəbul edib və bu məsələ ara- sıra Tehranla Tiflis arasında diplomatik gərginliyə səbəb olub. 
 
Qeyd edək ki, İranda hökumətin yarıtmaz siyasəti nəticəsində son illər yaşanan kəskin yoxsulluq və işsizlik səbəbindən ölkə vətəndaşlarının böyük əksəriyyəti Türkiyə, BƏƏ, Gürcüstan, Ermənistan və digər qonşu ölkələrə üz tuturlar. Lakin gələnlərin çox olması səbəbindən mühacir problemi ilə üz-üzə qalan bu ölkələr tez-tez iranlıların öz ölkələrinə girişinə imkan vermirlər.
 
İranlı sürücülərin Ermənistana gedə bilməməsinin əsas səbəbi Azərbaycan Cümhuriyyətinin Gorus-Qafan yolunda gömrük postu quraraq İrandan Ermənistana və əksinə hərəkət edən yük maşınlarından gömrük rüsumu tutmasıdır. 
Azərbaycan Cümhuriyyəti İrana Rusiya sülhməramlılarının müvəqqəti qərarlaşdığı Azərbaycan ərazilərinə qanunsuz olaraq şübhəli yüklər göndərməyi dayandırmaqla bağlı xəbərdarlıq etsə də, bu baş vermədi. Nəticədə Azərbaycan sözügedən yolda gömrük postu quraraq İran yük maşınlarına gömrük rüsumu tətbiq etməklə yanaşı, qanunsuz olaraq yenə də Xankəndiyə yük aparan 2 iranlı sürücünü həbs etdi

pia.az.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar